Akrobatlarımız dünya çempionu oldular

İdman

21.09.2024 17:00

Azərbaycanın kişilərdən ibarət Daniel Abbasov - Murad Rəfiyev dueti akrobatika üzrə dünya çempionu titulunu qazanıb.

TodayPress xəbər verir ki, Portuqaliyanın Gimarayeş şəhərində keçirilən mundialda gimnastlarımız birgə hərəkətin finalında birinci yeri tutub.

Duetimiz rəqiblərini qabaqlayaraq, hakimlərdən 28,500 xal alıblar.

Portuqaliya çempionatın gümüş, Qazaxıstan gimnastları isə bürünc mükafatına sahib çıxıblar. 

Qeyd edək ki, bu, komandamızın dünya çempionatında ikinci medalıdır. Daha əvvəl idmançılarımız yarışda gümüş medal qazanıblar.

Namiq HUN

tag: Daniel Abbasov ,Murad Rəfiyev ,Portuqaliya ,Gimarayeş, Qazaxıstan, todaypress.az,