Akrobatlarımız dünya çempionatına imza atdı

İdman

22.09.2024 10:06

Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika üzrə dünya çempionatında Azərbaycan komandası 3 qızıl medal qazanıb.

TodayPress xəbər verir ki, qarışıq cütlük Ağasif Rəhimov - Raziyə Seyidli balans hərəkətində, kişilər arasında Daniel Abbasov - Murad Rəfiyev dueti kombinə və balans hərəkətində birinci olublar.

Bundan əvvəl akrobatlarımız komanda iştirakında gümüş medal qazanıblar.

tag: Portuqaliya,Quimaraeş,Çempionat,Qızıl,Medal, Gümüş, todaypress.az,