Akrobatlar komanda yarışında mundialın ikincisi oldular
Akrobatika üzrə Azərbaycan yığması Portuqaliyada keçirilən dünya çempionatında ilk medalını qazanıb.
TodayPress xəbər verir ki, gimnastlarımız komanda yarışında fəxri kürsüdə yer alıblar.
Akrobatlarımız Gimarayş turnirinin təsnifat mərhələsində 6 növdə finala vəsiqə qazanıblar.
Temp və balans hərəkətlərində Ağasif Rəhimov-Raziyə Seyidli qarışıq dueti, Murad Rəfiyev-Daniel Abbasov kişi cütü və Riyad Səfərov-Rəsul Seyidli-Seymur Cəfərov və Abdulla Əl-Məşayxi dördlüyü finala yüksəlib.
Millimiz bu nəticə ilə dünya çempionatının gümüş medalını qazanıb. Komandamız yalnız Çindən geri qalıb. İlk üçlüyü isə İsrail akrobatları tamamlayıb.
Namiq HUN
tag: Akrobatlar ,Azərbaycan, Ağasif Rəhimov ,Raziyə Seyidli, Murad Rəfiyev, Daniel Abbasov ,todaypress.az,