Akinfeyev “Qarabağ”ın oyunlarına baxır
İdman
23.11.2024 19:10
MOİK-in qapıçı məşqçisi Dmitri Kramarenko “Qarabağ” futbol klubuna azarkeşlik edir.
TodayPress xəbər verir ki, bunu yerli mətbuata müsahibəsində Rusiya millisinin sabiq qolkiperi İqor Akinfeyev deyib.
MOİK-in 38 yaşlı qolkiperi məşqçisi, Azərbaycan yığmasının sabiq futbolçusu Dmitri Kramarenkonun “Qarabağ” klubuna olan sevgisindən danışıb. Akinfeyev “Qarabağ”ın oyunlarını birlikdə izlədiklərini bildirib:
“Kramarenkoya görə bəzən “Qarabağ”ın Avropa Liqasındakı oyunlarına baxmalı oluram. Cari mövsümdə bütün rəqibləri ilə bərabər oyunlar keçirsələr də, üçündə məğlub olublar. Bu isə səviyyə məsələsidir”.
Qeyd edək ki, İqor Akinfeyev karyerası ərzində yalnız MOİK-in şərəfini qoruyub. O, Rusiya çempionatında 14-cü mövsümünü keçirir.
Namiq HUN
tag: Qarabağ, Avropa, Liqa, MOİK, Rusiya, İqor Akinfeyev, todaypress.az,