Akanci mövsümü erkən bitirəcək?

İdman

13.02.2025 17:40

2100

“Mançester Siti” klubunun futbolçusu Manuel Akanci mövsümü erkən başa vura bilər.   

TodayPress xəbər verir ki, müdafiəçinin zədə səbəbindən yayadək matçlarda iştirak etməmək ehtimalı var. 

29 yaşlı isveçrəli oyunçu “Real Madrid”ə evdə 2:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında sıradan çıxıb. 

Qeyd edək ki, Manuel Akanci cari mövsüm 30 oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.   

Namiq HUN

tag: Mançester Siti,Manuel Akanci,