Ağırlıqqaldıranlar Avropa çempionatında 2 medal qazandılar

İdman

29.10.2024 10:17

Polşada ağırlıqqaldırma üzrə gənclər və 23 yaşadək atletlər arasında Avropa çempionatı keçirilir. 

TodayPress xəbər verir ki, Azərbaycan yığma komandası Raşin turnirində 2 medal qazanıb.

Fuad Həsənov və Tehran Məmmədov 67 kq çəki dərəcəsində 23 yaşadək idmançılar arasında mübarizə aparıblar. 

Tehran birdən qaldırma hərəkətində 133 kq-ı ram edərək Avropa çempionatının gümüş medalına sahib çıxıb. Atletimizin təkanla qaldırma hərəkətində hər 3 cəhdi uğursuz olub.

Fuad Həsənov isə birdən qaldırma hərəkətində 131 kq nəticə ilə 4-cü olub. Təkanla qaldırma hərəkətində isə Həsənov 156 kq nəticə ilə Avropa çempionatının bürünc medalını qazanıb. Fuad iki hərəkətin cəmində də çempionatın bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, milli komandanın heyətində daha əvvəl Qasım İsmayılov (67 kq) Avropa çempionatın bürünc medalını qazanıb.

Namiq HUN

tag: Avropa, Çempionat, Fuad Həsənov,Raşin, Atlet, todaypress.az,