Ağırlıqqaldıranımız 3 qzıl medalla Avropa çempionu oldu

İdman

20.06.2024 19:23

1722

Yeniyetmə ağırlıqqaldıranların Yunanıstanda keçirilən Avropa birinciliyinin növbəti günü Azərbaycan idmançısı Aslan Əmiraslanov üçün uğurlu olub.

TodayPress xəbər verir ki, körpücük üzərinə çıxan ağırlıqqaldıranımız  Saloniki turnirinin üç qızıl medalını qazanıb.

89 kq çəki dərəcəsində çıxış edən Aslan birdən qaldırma hərəkətində 114 kq-ı ram edib.

O, təkanla qaldırmada isə 140 kq-ı başı üzərinə qaldıraraq bütün rəqiblərini üstələyib.

Aslan Əmiraslanov toplam 254 kq (114+140) nəticə ilə yekun sıralamada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və yarışı 3 qızıl medalla bitirib.

Namiq HUN

tag: Yunanıstan, Avropa birinciliyi, Ağırlıqqaldıranlar, Aslan Əmiraslanov, todaypress.az,