AGF rəsmisi Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinə üzv seçildi
Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru Natalya Bulanova yenidən Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü seçilib.
TodayPress xəbər verir ki, AGF-nin mətbuat xidmətindən məlumat verilib.
Təyinat Beynəlxalq Gimnastika Federasiyasının Qətərin paytaxtı Dohada keçirilən 85-ci hesabat-seçki konqresində reallaşıb.
Qeyd edək ki, 49 yaşlı beynəlxalq dərəcəli hakim daha əvvəl də Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsində yer alıb.
Namiq HUN
tag: Azərbaycan, Gimnastika, Qətər, Doha, Seçki, todaypress.az,