Agenti Yamalın niyyətini açıqladı

İdman

17.12.2024 12:57

“Barselona” klubunun vingeri Lamin Yamalın agenti Jorje Mendeş futbolçunun gələcəyi ilə bağlı danışıb.

TodayPress BBC-yə istinadən xəbır verir ki, Yamalın agenti onun bu klubun fanatı olduğunu bildirib:

“Lamin Yamal “Barselona” ilə müqaviləsini yeniləmək niyyətindədir. O, bu klubun fanatıdır”.

Qeyd edək ki, 17 yaşlı ispaniyalı futbolçunun klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Yamalın transfer dəyəri 150 milyon avro qiymətləndirilir. Lamin cari mövsüm “Barselona”nın heyətində 21 oyun keçirib, 6 qol vurub və 12 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Yamal, Agenti ,İspaniya ,Futbol,todaypress.az,