Ağamirov “Hakuho Cup 2025” turnirində ilk əcnəbi hakim oldu

İdman

18.02.2025 18:03

842

Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov Tokio şəhərində baş tutanc turnirində ilk əcnəbi hakim olub.

TodayPress xəbər verir ki, bu barədə  qurumun mətbuat xidmətindən məlumat verilib.

Analoji hadisə 2024-cü ildə də baş vermişdi. Turnir sumo tarixinin ən titullu idmançısı Hakuho-Şonun adına “Ryogoku Kokugikan” Milli Sumo Arenasında təşkil edilib.

Yarışdan sonra Yokozuna Hakuho ilə sumonun inkişafı və gələcək planlar müzakirə edilib. 

Qeyd edək ki, 2026-cı ildə sumo üzrə dünya çempionatı ilk dəfə Azərbaycanda keçiriləcək.

Namiq HUN

tag: Azərbaycan,İdman,Döyüş, “Hakuho Cup 2025”,todaypress.az,