Afrikanın ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

İdman

25.10.2024 14:40

İlin ən yaxşı afrikalı futbolçusu adına namizədlərin adları açıqlanıb. 

TodayPress xəbər verir ki, “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah namizədlər arasında yoxdur.

Top-10-da aşağıdakı futbolçuların adları var:

Amin Qyuri (“Renn”, Əlcəzair)

Edmond Tapsoba (“Bayer” Leverkuzen, Burkina Faso)

Simon Adinqra (“Brayton”, Fil Dişi Sahili)

Şansel Mbemba (“Marsel”, Konqo DR)

Əşrəf Hakimi (PSJ, Mərakeş)

Seru Qirassi (“Borussiya Dortmund”, Qvineya)

Sofyan Rahimi (“Əl-Ayn”, Mərakeş)

Ademola Lookman (“Atalanta”, Nigeriya)

Villiyam Trost-Ekonq (“Əl-Qadisiyyə”, Nigeriya)

Ronvenn Uilyams (“Mamelodi Sandaunz”, Cənubi Afrika)

CAF Awards 2024 mərasimi dekabrın 16-da keçiriləcək. 

Qeyd edək ki, ötən il bu mükafat “Napoli”də çıxış edən və hazırda “Qalatasaray”da icarə əsasında oynayan nigeriyalı hücumçu Viktor Osimhenə verilib.

Namiq HUN

tag: Afrika, Namizədlər, Villiyam, Sofyan, CAF, Viktor Osimhen, todaypress.az,