Afrikalı basketbolçular amerikalı rəqiblərinə master-klass keçdilər
İdman
22.07.2024 16:04
“Los Angeles Lakers” basketbol klubunun hücumçusu və ABŞ millisinin üzvü Entoni Devis Cənubi Sudan yığması ilə yoldaşlıq oyununda zəif çıxış etmələrinə tıxacın səbəb olduğunu bildirib.
TodayPress xəbər verir ki, “Associated Press”in müxbiri Tim Reynolds bu barədə sosial mediada yazıb:
"Entoni Devis ABŞ komandasının tıxacda qaldığından matça gecikdiyini və bu vəziyyətin basketbolçuları gündəlik ritmdən saldığını söylədi".
Qeyd edək ki, heyətində 12 NBA basketbolçusunun yer aldığı ABŞ komandası Cənubi Sudan yığmasına 101:100 (24:26, 20:32, 37:18, 20:24) hesabı ilə qalib gəlib.
Amerika komandasının ən məhsuldar oyunçusu “Los Angeles Lakers”ın hücumçusu LeBron Ceyms olub. O, 23 xal toplayıb, 6 ribaund edib və 6 məhsuldar ötürmə verib.
Namiq HUN
tag: Afrika, Basketbolçu, ABŞ, NBA, Cənubi Sudan, Amerika, todaypress.az,