Afrikada qolkiperlər tura “damğa” vurdular
İdman
02.11.2024 11:40
Afrika futbolunda qeyri-adi hadisə baş verib.
TodayPress xəbər verir ki, futbol üzrə Kondo Demokratik Respublikası çempionatının növbəti turunda “Mazembe” və “Panda” komandalarının görüşündə bütün qolları qapıçılar vurub.
“Mazembe” 3:0 hesablı darmadağına görə qolkiperlərinə borcludur.
Oyunda hesabı “Mazembe”nin qolkiperi Bazara Fati penaltidən vurduğu qolla açıb.
Az sonra hücumçu Con Bakata zədələndiyindən “Mazembe”nin heyətində meydana məcburiyyətdən ehtiyat qapıçı Süleyman Şaybu çıxıb.
Yeddi dəqiqəyə iki qol vuran Şaybu dubl müəllifi kimi matçın oyunçusu mükafatını qazanıb.
Namiq HUN
tag: Afrika, Kondo, Mazembe, Bazara Fati, Süleyman Şaybu, todaypress.az,