AFFA Yüksək Liqanın futzalçılarını cəzalandırdı
İdman
26.12.2024 15:20
Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun futzalçısı Xəzər Ağalızadə üç oyunluq cəzalandırılıb.
TodayPress xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Ağalızadə Yüksək Liqanın VII turunda keçirilən “Yasamal Bakı” – “Araz-Naxçıvan” matçında təhqiredici, qeyri-etik ifadələr işlətməsi və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
“Yasamal Bakı”nın futzalçısı Anar İsayev də eyni səbəbdən 3 oyunluq diskvalifikasiya olunub.
Namiq HUN
tag: Azərbaycan ,Milli,Araz-Naxçıvan,Xəzər Ağalızadə,AFFA , todaypress.az,