AFFA yeni mövsümün məbləğini açıqladı

İdman

11.04.2025 14:59

8

AFFA-nın 2025/2026 mövsümündə Premyer Liqada çıxış edəcək klublar üçün ayıracağı məbləğ açıqlanıb.   

TodayPress xəbər verir ki, bu barədə qurumun Hesabat Konfransında bildirilib. 

Yeni mövsümdə klublar üçün 30 milyon manat ayrılacaq. Sadəcə, bu məbləğ artıq 10 deyil, 12 komanda arasında bölüşdürüləcək. 

Hər kluba illik 2.5 milyon manat veriləcək.

Daha əvvəl bu rəqəm komanda sayına uyğun olaraq 3 milyon manat təşkil edirdi.   

Namiq HUN

tag: AFFA,Klub,Büdcə,Məbləğ,Todaypress.az,