AFFA xoşagəlməz hadisələrə hüquqi qiymət verdi

İdman

26.11.2024 19:17

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

TodayPress xəbər verir ki, komitə üzvləri yığıncaqda Premyer Liqanın XIV turunda baş verənləri müzakirə edərək 5 klubu ümumilikdə 4300 manat cərimələyiblər. 

“Səbail” - “Qarabağ” oyununda 4 futbolçusu sarı vərəqə alan “köhlən atlar 700 manat cərimə edilib. Azarkeşləri tərəfindən lazer işığından istifadəyə görə “Səbail” 500 manat xərcə düşüb. Oyundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “dənizçilər” daha 800 manat cərimələnib.

“Neftçi” - “Zirə” matçının fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “ağ-qaralar” 800 manat cərimə edilib.

“Turan Tovuz” - “Sabah” qarşılaşmasında 4 futbolçusu sarı vərəqə alan paytaxt təmsilçisi 700 manat ziyana düşüb.

“Sumqayıt” - “Şamaxı” görüşündə azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atıldığına görə meydan sahibləri 800 manat cərimələniblər.

Namiq HUN

tag: AFFA, Səbail, Qarabağ, Azarkeşlər, Neftçi, Zirə, todaypress.az,