AFFA "Turan Tovuz"u cərimələdi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
TodayPress xəbər verir ki, komitə “Turan Tovuz”la bağlı məsələni müzakirə edərək müvafiq qərar verib.
AFFA və PFL-in işgüzar nüfuzuna xələl gəlməsinə gətirib çıxardan hərəkətlərə yol verdiyinə görə “Turan Tovuz” klubu 20 min manat məbləğində cərimə edilib.
Səbəb kimi Premyer Liqanın XXIV turunda “Şamaxı” - “Turan Tovuz” oyunu öncəsi “Turan Tovuz” PFK-nın rəsmi “Facebook” səhifəsində və veb-saytında AFFA və PFL-in nüfuzuna xələl gətirən və onların bayrağı altında keçirilən yarışların şəffaflığını sual altına alan açıqlama paylaşımlar etməsi göstərilib.
Xatırladaq ki, "Turan Tovuz" səfərdə "Şamaxı" ilə görüşdən əvvəl oyunun "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanmamasına və matçda VAR hakiminin olmamasına görə etiraz bəyanatı yayıb. Bölgə təmsilçisi oyunun təxirə salınmasını istəyib və matçın şəffaf keçiriləcəyinə dair şübhələrinin olduğunu qeyd edib.
AFFA bəyanatın yolverilməz olduğunu bildirərək klubun məsələ ilə bağlı konkret sübutlar təqdim etməsinin vacibliyini vurğulayıb. Klub tərəfindən heç bir sübut təqdim edilmədiyi halda, bu cür açıqlamaların davam etdirilməsi İntizam Komitəsinin araşdırma aparmasını zəruri edib.
Namiq HUN
tag: Turan-Tovuz,AFFA,İclas,PFK,Todaypress.az,