AFFA “Turan Tovuz” və “Neftçi” klubu cəzalandırdı
İdman
23.01.2025 14:55
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
TodayPress xəbər verir ki, iclasda Premyer Liqanın XIX turunda baş verən hadisələr müzakirə olunub.
“Kəpəz”lə oyunda 5 futbolçusu sarı vərəqə alan “Turan Tovuz” 700 manat cərimə edilib.
Tovuzluların azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub daha 800 manat ziyana düşüb.
Azarkeşlər tərəfindən hakimlərin və rəqib komandanın ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Turan Tovuz” 1000 manat cərimələnib.
Fanatların pirotexniki vasitədən istifadə etməsi isə Tovuz klubuna 1500 manata başa gəlib.
Bundan başqa İntizam Komitəsi “Neftçi” klubunu “Sabah”la matçda meydana kənar şəxs daxil olduğuna görə 800 manat cərimə edib.
Namiq HUN
tag: AFFA,İntizam Komitəsi,Turan Tovuz,Neftçi,Kəpəz,todaypress.az,