AFFA tribunaya dırmanan futbolçunu cəzalandırdı

İdman

08.04.2025 13:52

6

“Turan Tovuz”un azarkeşi vurmağa cəhd edən futbolçusu Veysəl Rzayevin cəzası məlum olub.   

TodayPress xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar verib. 

Qurum futbolçunun “Səbail”lə səfər matçından sonrakı davranışını müzakirə edib.

Matç bitdikdən sonra tribunaya hücum edərək azarkeşi vurmağa cəhd edən Rzayev 1-i şərti olmaqla 2 oyun cəzalandırılıb.   

“Turan Tobuz”un yarımmüdafiəçisinə 3 ay sınaq müddəti təyin edilib.

Onun şərəfini qoruduğu klubu isə 2000 manat cərimələnib.   

Namiq HUN

tag: Turan,Veysəl Rzayev,AFFA,Cəza,Todaypress.az,