AFFA “Səbail”in şikayətini təmin etmədi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
TodayPress assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Səbail”in Süleyman Alluş barədə şikayəti təmin edilməyib.
Premyer Liqanın XXVI turu çərçivəsində keçirilən “Zirə” – “Səbail” oyununda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün futbolçunun 4 oyun cəzalanması, klubun isə 3000 manat məbləğində cərimə olunması qərarı qüvvədə saxlanılıb.
Namiq HUN
tag: AFFA,Səbail,Klub,Şikayət,Todaypress.az,