AFFA rəqibi vuran futbolçuları cəzalandırdı
İdman
05.11.2024 16:20
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Şəfa” - “Difai” matçında baş verənlər araşdırılıb.
TodayPress xəbər verir ki, AFFA-nın İntizam Komitəsi qalmaqallı oyunda yaşananların günahkarlarını cəzalandırıb.
"Şəfa"nın rəqibi vurduğu üçün qırmızı vərəqə alan futbolçuları Elvin Nəsibov və Elməddin Hüseynzadə hərəyə 4 oyun cəzalanıb.
Bakı klubu hər futbolçusu üçün 300 manat cərimə edilib.
“Difai”nin rəqibi təhqir etdiyi üçün qırmızı vərəqə alan futbolçusu Bəşir Ayralov 3 oyunluq diskvalifikasiya edilib. Klub isə 200 manat xərcə düşüb.
Namiq HUN
tag: AFFA, Bakı Klubu, Difai, Bəşir Ayralov, todaypress.az,