AFFA "Qarabağ"ı cərimələdi
İdman
12.12.2024 15:19
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib.
TodayPress xəbər verir ki, buna Ağdam təmsilçisinin Premyer Liqanın XVI turunda "Sabah"la matçda yaşananlar səbəb olub.
"Qarabağ" azarkeşlər pirotexniki vasitədən istifadə etdiyinə görə 1500 manat ziyana düşüb.
“Köhlən atlar” qarşılaşmada fanatlar tərəfindən təhqiramiz ifadələr səsləndirildiyi üçün isə 500 manat ödəyəcək.
Namiq HUN
tag: AFFA ,Qarabağ, Cərimə, Fanat, todaypress.az,