AFFA “Qarabağ” və “Neftçi” klublarını cərimələdi
İdman
30.01.2025 16:14
AFFA-nın İntizam Komitəsi Premyer Liqanın XX turunun oyunlarında baş verənlərlə bağlı müvafiq qərarlar verib.
TodayPress xəbər verir ki, AFFA “Qarabağ” və “Neftçi” klublarını cərimələyib.
“Araz-Naxçıvan” - “Neftçi” matçında qonaqların azarkeşləri tərəfindən stadionda 17 ədəd oturacağın qırılması ilə əlaqədar arenaya dəyən zərər Bakı klubu tərəfindən ödənilməlidir.
“Qarabağ” - “Turan Tovuz” oyunu bitdikdən sonra Ağdam təmsilçisi AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə görə klub 2000 manat cərimə edilib.
Namiq HUN
tag: AFFA,İntizam Komitəsi,Premyer Liqa,Qarabağ,todaypress.az,