AFFA prezidenti: “Millinin son oyunlardakı nəticələri bizi məyus etdi”
TodayPress xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf assosiasiyanın Hesabat Konfransında deyib.
O, baş məşqçi Fernandu Santuşla söhbət etdiklərini bildirib: “Millinin qarşıdakı matçlarda yaxşı nəticə qazanacağına ümid edirik.
AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış hədəfi dəyişməz olaraq qalır. Azərbaycan futbolu məsuliyyətli və çətin dönəmə qədəm qoyur.
Yeni strategiyanın futbolumuzun inkişafına kömək olacağına inanırıq. AFFA və futbol ailəsinin üzvləri ilə birlikdə böyük uğurlar əldə edə bilərik”.
Namiq HUN
tag: AFFA,Rövşən Nəcəf,İclas,HEsabat,Todaypress.az,