AFFA mərkəzi matçla bağlı qərar verdi

İdman

03.12.2024 13:48

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

TodayPress xəbər verir ki, iclasda Premyer Liqanın XV turunun “Neftçi” - “Qarabağ” oyununda baş verənlər müzakirə olunub.

“Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 800 manat cərimə edilib.

Bakı təmsilçisinin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” daha 500 manat cərimələnib.

“Ağ-qaralar”ın meydançaya gec çıxması səbəbindən matç gec başladığına görə klub 1500 manat ziyana düşüb.

“Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam təmsilçisi 1500 manat cərimələnib.

Qonaqların azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Qarabağ”a xəbərdarlıq edilib.

Namiq HUN

tag: Qarabağ, Bakı, AFFA, Cərimə, todaypress.az,