AFFA klubları cəzalandırdı

İdman

23.10.2024 16:05

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

TodayPress xəbər verir ki, yığıncaqda Premyer Liqanın X turunda baş verənlərə hüquqi qiymət verilib.

“Neftçi” – “Səbail” matçında meydan sahiblərinin futbolçusu Edvin Kuç rəqibi qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, 1 oyun cəzalanıb. Klub 1000 manat cərimə edilib. 

Bu görüşün fasiləsində meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” əlavə 800 manat ziyana düşüb.

“Zirə” – “Sabah” matçında qonaqların köməkçi məşqçisi Saşa Sablyak oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Məşqçi 1-i şərti olmaqla 2 oyun cəzalandırılıb. Klub 1000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

“Sumqayıt” – “Turan Tovuz” görüşünün 2-ci hissəsinin startı qonaqlar meydançaya gec çıxdığına görə yubanıb. Buna görə “Turan Tovuz” 1500 manat ödəməli olacaq.

Namiq HUN

tag: AFFA, Neftçi, Sabah, Zirə, todaypress.az,