AFFA “Karvan”ın şikayətini təmin etmədi
İdman
11.12.2024 18:00
I Liqanın VIII turunda baş tutan “Karvan” - “Qəbələ” matçında yaşananlara görə cəzalanan “Karvan” klubunun apellyasiya şikayəti təmin olunmayıb.
TodayPress xəbər verir ki, şikayətlə bağlı Apellyasiya Arbitraj Tribunalı qərar qəbul edib.
Matç bitdikdən sonra “Karvan”ın futbolçusu Bəhruz Teymurovun hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanması, həmçinin klubun 300 manat cərimələnməsi barədə AFFA-nın İntizam Komitəsinin 3 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, “Karvan” İsveçrənin Lozanna şəhərindəki İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququna malikdir.
Namiq HUN
tag: Karvan,Qəbələ,Apellyasiya Arbitraj Tribunalı,Bəhruz Teymurov,todaypress.az,