AFFA inkişaf strategiyasının hədəflərini açıqladı

İdman

10.01.2025 16:24

2020

AFFA-nın inkişaf strategiyasının beş əsas hədəfi açıqlanıb. 

TodayPress xəbər verir ki, bu, milli assosiasiyanın yeni layihəsində öz əksini tapıb.

Kişilərdən ibarət əsas milli komandanın FIFA reytinqində ən yaxşı 75, qadınlardan ibarət yığmanın isə ən yaxşı 50 komanda sırasına yüksəldilməsi strategiyanın uzunmüddətli hədəflərindən hesab edilib.

UEFA-nın klub reytinqində kişi komandaları üçün ilk “20-liy”ə, qadın komandaları üçün isə ilk “40-lığ”a daxil olmaq uzunmüddətli hədəf olaraq nəzərdə tutulub.

Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı futbolçular və məşqçi heyətini yetişdirmək üçün M Azərbaycanın

yeni, innovativ Futbolun İnkişafı Mərkəzi yaradılacaq.

Kişilərdən və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandaların Avropa çempionatlarının final mərhələlərinə mütəmadi vəsiqə qazanması üçün rəqabətqabiliyyətliliyi təmin ediləcək.

Azərbaycanın peşəkar klublarının ümumi bazar dəyərini ikiqat artırmaq əsas hədəflərdən biridir.

Namiq HUN

tag: AFFA ,Klub,Mərkəz ,Milli, todaypress.az,