AFFA-dan xüsusi qayda
AFFA I Liqadan Premyer Liqaya yüksələcək komandalarla bağlı yeni qərar qəbul edib.
TodayPress xəbər verir ki, belə addım qurumun İcraiyyə Komitəsinin iclasında atılıb.
Yeni mövsümdən Premyer Liqada komanda sayının artırılması ilə əlaqədar bu il elitaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilib.
Qeyd edək ki, Premyer Liqaya üç komanda vəsiqə qazanacaq.
Hazırda I Liqada ilk üç pillədə “Qəbələ”, “Karvan” və “İmişli” qərarlaşıb.
Namiq HUN
tag: AFFA,Klub,Futbol,Liqa,Todaypress.az,