AFFA-dan sərt cəzalar
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
TodayPress xəbər verir ki, iclasda Premyer Liqanın XXVI turunda baş verənlərə müvafiq qərarlar verilib.
“Araz-Naxçıvan” – “Qarabağ” görüşündə yaşananlara görə üç futbolçu diskvalifikasiya olunub.
Təcavüzkar davranışa görə, “Araz-Naxçıvan”ın birbaşa qırmızı vərəqə alan futbolçusu Felipe Santos 2-si şərti olmaqla 4 oyun cəzalanıb.
Klub 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
“Qarabağ”ın futbolçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı təcavüzkar davranışa cəhd etdiklərinə görə hərəsi 1-i şərti olmaqla 2 oyun cəzalanıb. Ağdam klubu hər futbolçu üçün 2000 manat cərimələnib.
Sınaq müddəti 3 ay təyin edilib.
Matç bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” 800 manat cərimələnib.
“Səbail”in futbolçusu Suleyman Alluş “Zirə” ilə səfər görüşündə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir edib. O, 4 oyun cəzalanıb, klubunu isə 3000 manat ziyana salıb. “Sumqayıt”la matçda 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimələnib.
“Turan Tovuz”un futbolçusu Emmanuel Hakman “Neftçi” ilə səfər matçında rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
O, 1 oyunluq cəzalanıb, klub isə 1000 manat cərimə edilib.
Namiq HUN
tag: AFFA,Klub,Cəza,Futbol,Todaypress.az,