AFFA-dan məşqçiyə sərt cəza
AFFA hakimləri təhqir edən “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevin cəzasını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Premyer Liqanın XXX turunun “Turan Tovuz” – “Sabah” oyununda Berdıyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir edib.
Kurban Berdıyev 3-ü şərti olmaqla 5 oyun cəzalanıb. Mütəxəssisin sınaq müddəti 3 ay təyin edilib.
“Turan Tovuz” klubu 4000 manat cərimələnib.
Namiq HUN
tag: AFFA,Turan Tovuz,Baş Məşqçi,Cəza,Todaypress.az,