AFFA-da uşaq futbolunun gələcəyi müzakirə olunacaq
İdman
01.06.2024 13:00
İyunun 3-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. TodayPress xəbər verir ki, saat 10:00-da başlayacaq iclasın gündəliyi aşağıdakı kimidir:
1. 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi
2. AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr
3. Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi
4. 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi
5. “Qəbələ” İK-ya müvafiq yardımın ayrılması
6. Digər məsələlər.
Namiq HUN
tag: AFFA, Futbol, Uşaq, Gələcək, İcraiyyə komitəsi, todaypress.az,