AFFA baş məşqçini vuran klub rəsmisini cəzalandırdı
U-17 Liqasının XXVI turunda keçirilən “Vətən” - “Neftçi” oyununda baş verən hadisənin günahkarları cəzalandırılıb.
TodayPress xəbər verir ki, məsələyə AFFA-nın İntizam Komitəsində baxılıb.
Qalmaqallı görüşdə yaşananları müzakirə edən qurum hadisələrə hüquqi qiymət verib.
“Neftçi”nin baş məşqçisi Asif Ramazanovun üzünə başla zərbə endirərək xəsarət yetirən “Masallı” PFK-da qeydiyyatdan keçmiş komanda rəsmisi Abdulla Xəlilov 6 ay müddətinə AFFA və PFL bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.
“Neftçi” PFK-nın rəsmisi Rəşad Hüseynov “Masallı” PFK-da qeydiyyatdan keçmiş komanda rəsmisi Abdulla Xəlilovu vurduğuna görə 10 oyun cəzalandırılıb.
İnsidentlə bağlı hər iki komandanın rəhbərliyinə daxili nizam qaydalarına riayət olunması ilə bağlı xəbərdarlıq edilib.
Qeyd edək ki, qarşılaşmadan sonra adı uzun müddət açıqlanmayan Abdulla Xəlilovun “Vətən”in inzibatçısı olduğu iddia olunurdu.
Namiq HUN
tag: U-17,Liqa,Vətən,Neftçi,AFFA,Cəza,todaypress.az,