AFFA baş məşqçini cəzalandırdı

İdman

07.11.2024 17:36

Azərbaycanın 2-ci Liqasında çıxış edən “Ağaş” klubunun baş məşqçisi Ruslan Hüseynov 5 oyunluq cəzalandırılıb.

TodayPress xəbər verir ki, AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Cəzaya Hüseynovun IX turda “Füzuli”yə qarşı oyunda baş hakimi təhqir etməsi səbəb olub. 

Onun bu hərəkətinə görə klub 400 manat cərimələnib.

AFFA “Səbail”in U-17 komandasının futbolçusu Əli Quliyevi isə 3 oyunluq cəzalandırıb. 

Buna futbolçunun “Sabah”la matçda rəqibi təhqir etməsi və qırmızı vərəqə ilə meydandan qovulması səbəb olub.

“Sabah”ın futbolçusu Akif Allahverdiyev eyni səbəbdən qırmızı vərəqə aldığına görə rəqibindən fərqli olaraq 4 oyunluq diskvalifikasiya olunub.

Namiq HUN

tag: AFFA,Sabah, Cəza, Əli Quliyev, Akif Allahverdiyev, todaypress.az,