AFFA baş məşqçini cəzalandırdı

İdman

10.03.2025 14:27

1206

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən “Qaradağ Lökbatan” komandasının baş məşqçisi Amit Quluzadə 3 oyunluq cəzalandırılıb.   

TodayPress AFFA İntizam Komitəsinin qərarına istinadən xəbər verir ki, səbəb mütəxəssisin XVII turda MOİK-lə görüşdən sonra hakimlərin qərarına etiraz etdikdən sonra qırmızı vərəqə alması və ədalət təmsilçilərinin otağına daxil olması olub.   

“Qaradağ Lökbatan” klubu 300 manat cərimə edilib. 

“İmişli"nin legioneri Gilyerme Silva isə 4 oyunluq cəza ilə üzləşib.

O, "Mingəçevir"lə görüşdə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Bölgə təmsilçisi onun bu hərəkətinə görə 300 manat cərimə ödəyəcək.   

Namiq HUN

tag: AFFA,Futbol,Baş Məşqçi,Cəza,Todaypress.az,