AFFA baş məşqçi və 9 futbolçunu cəzalandırdı

İdman

19.02.2025 16:00

887

AFFA U-15 Liqasının “Metak” - “Səbail” oyunu bitdikdən sonra meydanda insident yaşanıb. 

TodayPress xəbər verir ki, iki komandanın 9 futbolçusu kütləvi davaya səbəb olub. 

“Metak”ın futbolçularından Seyfəddin Heydərov, Amir Tahirov, Seyid Davidov və Əli Zamanov, “Səbail”dən isə Nizami Hüseynli, Hüseyn Hüseynli, İlkin Mikayılov, Hüseyn Saracev və Raul Nəsirli birbaşa qırmızı vərəqə alıblar.

AFFA İntizam Komitəsi onların hər birini 4 oyunluq cəzalandırıb.

“Metak”ın cəzalı baş məşqçisi Mehman Səfərov isə hakimləri təhqir edib.

Nəticədə İntizam Komitəsi onun cəzasının üstünə daha 5 oyun əlavə edib.

Qeyd edək ki, Qusar rayonunun Şirvanlı kənd stadionunda keçirilən  oyun"Səbail"in qələbəsi ilə başa çatıb 4:3.

Namiq HUN

tag: AFFA,İdman,Futbol,İntizam Komitəsi ,todaypress.az,