AFFA 4 futbolçunu ömürlük cəzalandırdı

İdman

30.01.2025 15:50

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

TodayPress xəbər verir ki, yığıncaqda danışılmış oyunlarda iştirak edən futbolçularla bağlı qərarlar verilib.

Premyer Liqa təmsilçisi “Şamaxı” klubundan olan Adil Nağıyev, həmçinin I Liqada mübarizə aparan “Mingəçevir”in 3 futbolçusu Mövlan Kərimov, Muxtar Nəzərli və Xəyal Xudaverdiyev danışılmış oyunlarda iştiraka görə ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Qeyd edək ki, karyerası ərzində AZAL, “Zirə”, “Sumqayıt”, “Səbail” və “Şamaxı”da oynamış Nağıyev Azərbaycan yığma komandasının heyətində 2 matç keçirib.

Namiq HUN

tag: AFFA, İntizam Komitəsi,Cəza,Şamaxı,todaypress.az,