Adriano vida matçını göz yaşları ilə bitirdi
İdman
17.12.2024 15:23
Futbol üzrə Braziliya millisinin sabiq hücumçusu Adriano üçün vida matçı keçirilib.
TodayPress xəbər verir ki, “Marakana” stadionunda təşkil olunan matçda “Flamenqo əfsanələri” və “İtalyan dostlar” qarşılaşıb.
Forvard qarşılaşmanın hər hissəsində bir komandanın formasında oynayıb və hər iki komandada qol vurub. Qarşılaşma “Flamenqo əfsanələri”nin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 30-cu dəqiqəsində stadionun ekranında Adrianonun 2004-cü ildə dünyasını dəyişən mərhum atasının şəkli göstərilib. Atasının səsi süni intellekt vasitəsilə səsləndirilib. 42 yaşlı Adrianoya göndərilən mesaj onun göz yaşlarına səbəb olub.
Qeyd edək ki, Adriano 2016-cı ildə futbolçu karyerasını başa vurub. Hücumçu 34 yaşında futbolla vidalaşıb.
Avropada “İnter” dəki oyunu ilə tanınan futbolçu İtaliyanın “Parma”, “Fiorentina” və “Roma” klublarında da top oynadıb. Adriano Braziliya yığma komandasında keçirdiyi 51 oyunda 29 qol vurub.
Namiq HUN
tag: İtaliya, Hücum, Süni ,Adriano, todaypress.az,