Adalı “Beşiktaş”ın yeni prezidenti seçildi

İdman

30.12.2024 09:36

“Beşiktaş” futbol klubunda prezident vəzifəsinə seçkilər keçirilib.

TodayPress xəbər verir ki, qələbə uğrunda Serdal Adalı və Hüseyin Yücel mübarizə aparıb.

13,158 seçicinin iştirak etdiyi səsvermədə Adalı qalib gəlib. O, 8,901 səs toplayaraq klub tarixində ən yüksək nəticə ilə prezident seçilib.

Namiq HUN

tag: Beşiktaş,Futbol,Serdal Adalı,Hüseyin Yücel,todaypress.az,