"Abşeron"-"Quba" 1/8 final oyununda əsl triller yaşandı
Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final oyunları baş tutub.
TodayPress xəbər verir ki, günün ilk oyununda NTD 87-73 hesabı ilə səfərdə "Lənkəran" üzərində rahat qələbə qazanıb və 1/4 finalda "Şəki" klubunun rəqibi olub.
Abşeron Olimpiya İdman Kompleksində keçirilmiş "Abşeron"-"Quba" oyununda isə azarkeşlər əsl trillerə şahidlik ediblər.
Belə ki, iki əlavə vaxtın yaşandığı görüşün sonunda "Abşeron" 96-94 hesabı ilə rəqibinə qalib gəlib və 1/4 finalda "Naxçıvan" klubuna rəqib olub.
Qeyd edək ki, 1/8 finalın son iki
oyunu ("Gəncə"-"Ordu",
"Sumqayıt"-"Neftçi") 29 yanvar tarixində baş tutacaq
tag: Basketbol, Azərbaycan, Kubok, Lənkəran, Olimpiya, Şəki, Abşeron, todaypress.az,