"Abşeron" "Naxçıvan"a qalib gəldi

İdman

18.03.2025 21:30

2160

Azərbaycan Basketbol Liqasının XIX turunda "Abşeron" "Naxçıvan"a qalib gəlib.

TodayPress xəbər verir ki, A qrupunun oyununda Erhan Tokerin rəhbərlik etdiyi kollektiv 60:58 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Quba"nı 112:103, “Ordu” isə “Lənkəran”ı 87:65 hesabı ilə məğlub edib.

 

tag: Basketbol, İdman, Abşeron,Naxçıvan, Quba, todaypress.az,