ABŞ və Uruqvay Amerika Kubokuna qələbə ilə başladı

İdman

24.06.2024 11:06

ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunda növbəti iki oyun baş tutub.

TodayPress xəbər verir ki, C qrupunda meydan sahibləri Boliviya yığmasına iki cavabsız qolla qalib gəlib. 3-cü dəqiqədə Kristian Pulişiç, 43-cü dəqiqədə isə Folarin Balogun fərqlənib.

Digər görüşdə Uruqvay millisi  Panamanı 3:1 hesabı ilə məğlub edib. Uruqvayın heyətində Maksimiliano Arauxo, Darvin Nunyes və Matias Vina adını tabloya yazdırıb. Panamanın təsəlli qoluna isə Maykl Murillo imza atıb. 

Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.

Namiq HUN

tag: COPA Amerika,Copa-2024, Futbol, İdman, Uruqvay, ABŞ,