ABŞ rüsum ödəməkdən imtina etdiyi üçün üzvlüyünü itirdi

İdman

09.01.2025 18:21

ABŞ təmsilçiləri 2024-cü il üçün Ümumdünya Antidopinq Agentliyinə (WADA) rüsum ödəməkdən imtina etdikləri üçün imtiyazlarını itiriblər. 

TodayPress xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Onların qərarına görə amerikalılar WADA-nın icraiyyə komitəsi və təsis şurasına üzv olmaq hüququnu itiriblər.

Amerika Antidopinq Agentliyi (USADA) daha əvvəl WADA-ya pul ödəməkdən imtina etdiyini açıqlamışdı. Buna səbəb isə çinli üzgüçülərdən alınan nümunələrin gizlədilməsi olub.  

Belə ki, 2024-cü ilin aprelində məlum olub ki, hələ 2021-ci ilin yanvarında 23 çinli üzgüçünün nümunələrində qadağan olunmuş trimetazidin aşkar edilib. Çin daha sonra idmançıların qaldığı otelin mətbəxində narkotik izlərinin tapıldığını bildirib. Buna baxmayaraq, WADA hesab edib ki, dopinqdə heç bir dəqiq dəlil yoxdur, buna görə də üzgüçülər Tokioda keçiriləcək Olimpiya Oyunlarına buraxılıb.

Töhfə Səməd

tag: ABŞ ,İmtina , Pul,Üzvlük, todaypress.az,