ABŞ rusların Olimpiadada iştirak etməməsi üçün hər şeyi edir

İdman

05.08.2024 12:54

“ABŞ Rusiya idmançılarının 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak etməməsi üçün hər cür səy göstərir”.

TodayPress xəbər verir ki, bunu  “TASS”a Rusiyanın fiqurlu konkisürmə üzrə əməkdar məşqçi Tatyana Tarasova bildirib.

"Onlar yarışlarda bizsiz özlərini yaxşı hiss edirlər. Hər yarışdan sonra bizdə dopinq yoxlanılması gedir” deyə o, sözlərinə davam edib.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu bildirib ki, ABŞ Rusiyanı dünya idman hərəkatından təcrid etmək üçün uzunmüddətli və uğursuz kampaniyanın növbəti mərhələsinə keçid edir. Bu dəfə Rusiya idmançılarında dopinqdən sui-istifadə hallarının aşkarlandığı iddia edilib. Kəşfiyyat xidməti bildirib ki, ABŞ-nin zərbə vurmağı planlaşdırdığı idman növlərinə Rusiyanın qlobal səviyyədə lider olduğu idman növləri daxildir. Bunlara bədii gimnastika, sinxron üzgüçülük və fiqurlu konkisürmə daxildir.  

Töhfə Səməd

tag: ABŞ, Rusiya, Zərbə, Lider,Qış Olimpiya Oyunları, todaypress.az,