ABŞ millisindən 11-ci çempionluq

İdman

21.04.2025 15:34

10

ABŞ-nin qadınlardan ibarət hokkey üzrə yığma komandası 11-ci dəfə dünya çempionu olub.   

TodayPress xəbər verir ki, komanda Çexiyada keçirilən mundialın qızıl medalını qazanıb. 

Birləşmiş Ştatlar millisi finalda Kanadaya əlavə vaxtda (4:3) qalib gəlib. 

Mundialın bürünc medallarına isə Çexiya yığmasından üstün olan Finlandiya komandası sahib çıxıb.   

Namiq HUN

tag: ABŞ,Hokkey,Çempion,Qələbə,Todaypress.az,