ABŞ məhkəməsi xarici yardımı bərpa etməyi əmr etdi
ABŞ məhkəməsi prezident Donald Trampın administrasiyasına dondurulmuş xarici yardımı bərpa etməyi tapşırıb. Dövlət başçısı və komandası bütün prosedurları iki gün ərzində tamamlamalıdır.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Qeyd olunur ki, ABŞ-nin xarici ölkələrə yardımı yanvar ayında dayandırılmışdı. Ağ Ev bunu maliyyə ayrılması proqramlarını yenidən nəzərdən keçirmək və onların effektivliyini müəyyənləşdirmək zərurəti ilə izah etmişdi.
Lakin məhkəmə bu qərarın əsassız olduğunu bildirərək, 26 fevral, çərşənbə günü axşamadək yardımı bərpa etməyi tələb edib.
“Federal hakim administrasiyaya milyardlarla dollarlıq xarici yardımı açmaq üçün cəmi iki gün vaxt verdi” nəşr yazır.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,Ağ Ev,Federal hakim,todaypress.az,