ABŞ FF Jurgen Kloppla danışıqlara başladı
İdman
11.07.2024 17:03
Almaniyalı futbol mütəxəssisi Jurgen Klopp ABŞ milli komandasını çalışdıra bilər.
TodayPress “The Independent”ə istinadən xəbər verir ki, İngiltərənin "Liverpul" futbol klubunun keçmiş baş məşqçisi Yurgen Kloppa ABŞ millisinə rəhbərlik etməsi təklif olunub.
Daha əvvəl ABŞ Futbol Federasiyası Qreq Berhalterin Amerika Kubokundan sonra milli komandanın baş məşqçisi vəzifəsindən azad edildiyini açıqlayıb.
Mənbənin sözlərinə görə, ABŞ 2026-cı il dünya çempionatına hazırlaşarkən Qreq Berhalterin əvəzlənməsinin mümkünlüyü ilə bağlı Kloppla ilkin əlaqə yaradıb. ABŞ Kanada və Meksika ilə birlikdə mundiala ev sahibliyi edəcək.
Qeyd edək ki, ABŞ komandası Amerika Kubokunda qrupda üçüncü yeri tutub və pley-offa yüksələ bilməyib.
Namiq HUN
tag: ABŞ, Almaniya, Jurgen Klopp, Futbol, Kanada, Meksika, todaypress.az,