ABŞ boksçusu cəzalandırıldı
İdman
21.06.2024 15:00
ABŞ-dən olan boksçu Rayan Qarsiya antidopinq qaydalarını pozduğuna görə cəzalandırılıb.
TodayPress xəbər verir ki, keçmiş WBC (Dünya Boks Şurası) çempionu bir il müddətinə diskvalifikasiya olunub.
Onun qanında istifadəsi qadağan olunan ostarin maddəsi aşkar edilib.
Qeyd edək ki, Rayan Qarsiya iyunun 20-də karyerasını başa vurduğunu açıqlayıb.
tag: ABŞ, Boksçu, Rayan Qarsiya,Qaydalar,Çempion, todaypress.az,