Abdullayev bürünc medalı təmin etdi
Macarıstanın Debretsen şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə 1/4 final mərhələsi başa çatıb.
TodayPress xəbər verir ki, Azərbaycan komandasının daha bir boksçusu adını yarımfinala yazdırıb.
Əli Abdullayev (65 kq) 1/4 finalda yerli boksçu Qerq Şaraza qalib gəlib 5:0 (30:25, 30:25, 30:26, 29:28, 29:28). Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən Abdullayev finala vəsiqə uğrunda çexiyalı Erik Suçi ilə döyüşəcək.
Qeyd edək ki, Əli ilə yanaşı, finala gedən yolda Tural Sarıyev (50 kq) macarıstanlı Peter Lakatosla, Məhəmmədəli Qasımzadə (60 kq) isə Uels boksçusu Aksel Eqartla döyüşəcək.
Namiq HUN
tag: Azərbaycan,Boks,Turnir,Əli Abdullayev,Bürünc,Medal,Todaypress.az,