Abduləzimova Macarıstan kubokunu qazandı
Voleybol üzrə Azərbaycan yığma komandasının üzvü Ayşən Abduləzimova Macarıstan kuboku uğrunda turnirin qalibi olub.
TodayPress xəbər verir ki, “Vaşaş” finalda KNRC klubunu məğlub edib.
Ayşənin komandası rəqibə 3:1 hesabı ilə qalib gəlib.
Nəticədə Abduləzimova 5-ci dəfə Macarıstan kubokuna sahib olan “Vaşaş”ın uğurunda pay sahibi olub.
Namiq HUN
tag: Ayşən Abduləzimova,Voleybol,Macarıstan,Kubok,Todaypress.az,